“Əsas o idi ki, qəlbə qazandıq. Bu cür oyunlarda iki top vurduqdan sonra rəqibə daha da təzyiq olmalı idi. Ancaq tam əksinə oldu. İkinci qoldan sonra komandada rahatlıq yarandı. Oyunu qıraqdan izləmək mənim üçün çox çətindi. Meydanda olub komandama kömək etmək istəyirdim".
Bu sözləri Newsport.az-a açıqlamasında “Qəbələ”nin kapitanı Cavid Hüseynov Azərbaycan Premyer Liqanın 10-cu turunda “Səbail”lə keçirilən oyundan (3:1) sonra deyib.
Azərbaycan Premyer Liqanın 9-cu turunda “Zirə” ilə görüşdə rəqib futbolçusu Milan Duriçi sillə ilə vuran millimizin üzvü AFFA İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırılıb. Hüseynov bunun ağır cəza olduğunu bildirib:
“Qırmızı vərəqə almışamsa, cəza veriləcəyini gözləyirdim. Amma açığı, fikrimdə iki oyun tutmuşdum. Üç oyunluq cəza bir az çox oldu. Çünki rəqibi vurmamışdım, toxunmuşdum. Özünü yalandan yerə atmışdı. Klubun apellyasiya şikayəti verib-vrməyəcəyini bilmirəm. İIstənilən halda 3 oyunluq cəza çoxdur”.
Mərdan Həsənov/ Qəbələ