“Qarabağ”a qarşı daha yaxşı oynadıq” - Qriqorçuk

Azərbaycan Premyer Liqasının 11-ci turunda evdə “Səbail”ə 3:1 hesabıyla qalib gələn “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, ukraynalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

- Əsas o idi ki, qəlbə qazandıq. Bu cür oyunlarda iki top vurduqdan sonra rəqibə daha da təzyiq olmalı idi. Ancaq tam əksinə oldu. İkinci qoldan sonra komandada rahatlıq yarandı.

- Oyun zamanı çox gərgin görünürdüz. Yetirmələrinizin hansı səhvləri sizi belə emosional etmişdi?
- Bunun birinci dəfə şahidi olurduz? (gülür).

- “Qarabağ”la oyunda daha sakit idiz...
- Rəqiblərimizin hər birinə hörmət edirəm. “Qarabağ”la oyunda indikindən daha yaxşı, daha səhvsiz oynayırdıq. Ona görə, hər epizoda belə emosional münasibət bildirmirdim.

- Rəqibin baş məşqçisi dedi ki, “Qəbələ”dən daha güclü oyun gözləyirdi...
- Bu, onun fikridi. Onun fikirlərinə hörmət edirəm.

- Yaranacaq fasilədə hansı planlarınız var? Ölkə xaricinə səfər gözlənilir?
- Heç bir planımz yoxdu, yəni, ölkə xaricinə yollanmayacağıq. Burda təlim-məşq toplanışı keçəcək və yoxlama oyununda qüvvəmizi sınayacağıq.

- Qarşıda “Neftçi” ilə oyununuz var. Ardıcıl dörd oyunda qalib gəliblər...
- “Neftçi” ilə bağlı əvvəllər də yüksək fikirdə olmuşam. Bundan öncə də, bu komandanın layiq olmadığı yerdə qərarlaşdığını bildirmişdim. Bu komanda ilə oyunumuz çətin keçəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right