Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsindən ayrılmaqla bağlı qərar verib.
Newsport.az-ın məlumatına görə, bu haqda Q.Qurbanov özü bildirib.
Qeyd edək ki, dünən Q.Qurbanov milliyə baş məşqçi təyin olunduqdan sonra onun AFFA İcraiyyə Komitəsindəki vəzifəsində qalıb-qalmayacağı maraq doğururdu.
Q.Qurbanov bildirib ki, iki işdə - milli komanda və “Qarabağ”dakı fəaliyyətinin çoxluğu ilə əlaqədar İcraiyyə Komitəsi üzvlüyündən ayrılmaqla bağlı AFFA-ya müraciət edib.
Xatırladaq ki, Q.Qurbanov 2016-cı ilin mart ayında İcraiyyə Komitəsinə üzv seçilmişdi.
qol.az