“Çempionatda asan rəqib yoxdur. Hər bir oyuna maksimum yanaşmaq lazımdır. Vəziyyətdən çıxmaq üçün hər oyunda mübarizə aparmalıyıq”.
Newsport.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Qurban Qurbanov deyib. Azərbaycan Premyer Liqanın XI turunda “Qarabağ”ı qonaq edəcək Gəncə təmsilçisinin çalışdırıcısı Ağdam klubu ilə görüşdə əllərindən gələni edəcəklərini bildirib:
"Ustalıq səviyyəsi yüksək olmasa da, bəzi futbolçular özlərini sübut etmək üçün “Qarabağ” kimi komandalara qarşı daha yaxşı oynamalıdırlar. Reallığa qalsa, rəqib bütün göstəricilərdə bizdən üstündür. Ancaq futbolda möcüzələr mümkündür. Çalışacağıq ki, meydanın hər qarışı uğrunda mübarizə aparaq. Nə qədər gücümüz var, nə qədər bacarırıq, oynayacağıq”.
Sonda Diniyev Qurban Qurbanovun milli komandamızın baş məşqçi təyin olunmasına da münasibət bildirib: “Əvvəla Qurban Qurbanovu təbrik edirəm. Uğurlar arzu edirəm. Mənim üçün gözlənilməz qərar olmadı. İnanıram ki, uğurlu alınacaq. Həm azarkeşlərin, həm də ictimaiyyətin gözlədiyi təyinat oldu. Qurban “Qarabağ”da böyük işlər görüb. İllərdi çəkdiyi əziyyətin qarşılığına aldı. Xeyirli-uğurlu olsun”.
Qol.az