Tahir Gözəl: "Fikrimcə, hakimin qərarında siyasi məqamlar da ola bilər"

"Dünən oturduğum yerdən həmin epizodu tam görmədiyim üçün sizə dmeişdim ki, sabah baxıb deyəcəm. Həmin epizodda qayda pozuntusu yox idi. Biz dekabrın 15-də Niona, püşkatmaya getməliydik. Ancaq təəssüf ki, hakimin o qərarı bizi qrupda saxladı".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın vitse-prezidenti Tahoir Gözəl deyib.

Ağdam klubunun rəsmisi UEFA-ya şikayət edəcəklərini bildirib:

"Biz buna görə, UEFA-ya şikayətimizi edəcəyik. Əminik ki, onlar da bizim bui etirazımızı qəbul edəcəklər. Bu nəticəyə təsir etməsə də, biz haqqımızıgeri qaytarmaq istəyirik. Mən istməmirəm ki, komandam "sınsın". Biz yoluma davam edəcəyik. Bu uğurumuzun davamını gətirməyə çalışacağıq. İnanıram ki, UEFA bundan sonrakı oyunlara bizə daha təcrübəli hakimlər yollayacaq. Dünənki oyun "Qarabağ"ın 1-0 hesablı qələbəsi ilə başa çatdı".

Klub rəsmisi hakimin bu qərarında siyasi amillərin də ola biləcəyini istisna etməyib:

"Fikrimcə, hakimin qərarında siyasi məqamlar da ola bilər. Çünki bu açıq səhv qərar idi".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right