Bu gün Azərbaycan Premyer Liqasında XI tura star veriləcək.
Newsport.az xəbər verir ki, turun ilk günündə iki qarşılaşma baş tutacaq.
Həftənin açılış matçı Qəbələdə olacaq. "Qırmızı-qaralar" doğma azarkeşləri önündə çempionatın debütantı "Səbail"i sınağa çəkəcəklər. Qazanılacaq qələbə meydan sahiblərini ən azı 1 günlük liderliyə şərik edəcək. Ötən tur "Zirə"yə məğlub olan Roman Qriqorçukun komandası bu dəfə azarkeşlərini sevindirməlidi. Səfərdə xala həsrət olan "Səbail"in Qəbələdə sensasiya etməsi inandırıcı görünmür.
Günün digər matçında isə "Sumqayıt" və "Keşlə" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Bu görüş qonaqların baş məşqçisi Ramiz Məmmədovun paytaxt təmsilçisindəki debütü ilə əlamətdar olacaq. Paytaxt təmsilçisi yeni baş məşqçisi ilə uğurlu start verməyə çalışacaqsa, "gənclik şəhəri" öz meydanında xal itirməmək üçün mübarizə aparcaq
Azərbaycan Premyer Liqası
XI tur
4 noyabr (şənbə)
18:00.“Sumqayıt” - “Keşlə” - 3:1
Qol: Denis Silva, 30-avtoqol (1:0), Nizami Hacıyev, 44 (1:1), Amil Yunanov, 52 (2:1), Adrian Skarlatake, 71-avtoqol (3:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov
Kapital Bank Arena
16:00.“Qəbələ” – “Səbail” - 3:1
Qol: Famussa Kone, 16 (1:0), Baqali Dabo, 29 (2:0), 83 (3:0), Eltun Yaqublu, 87 (3:1)
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Elvin Əsgərov
Qəbələ şəhər stadionu