Qurban Qurbanovun ilk qərarı: “Qızıl oğlan” millimizə dönür!

Azərbaycan futbolunda xüsusi dəsti xətti olan Zaur Tağızadə milli komandaya qayıdır.

Newsport.az-ın məlumatına görə, futbolumuzun “qızıl oğlan”ı millinin məşqçilər korpusunda yer alacaq.

Berti Foqtsun gəlişindən sonra beynəlxalq karyerasını, daha sonra futbolçu karyerasını başa vuran Tağızadə hazırda “Qarabağ”ın məşqçilər korpusunda yer alıb.

Bildiyiniz kimi, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov dekabr ayından etibarən rəsmi olaraq Azərbaycan millisində fəaliyyətə başlayacaq. Bu zaman Tağızadə də əsas komandamıza gələcək.

Qeyd edək ki, Zaur Tağızadə 1997-2007-ci illərdə millimizin şərəfini qoruyub.    

Futbol11.az

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right