Azərbaycan Premyer Liqasının XI turunda “Kəpəz" doğma meydanda "Qarabağ"ı qəbul edəcək.Bu oyuna Bakıda hazırlaşan gəncəlilər artıq Bakı hazırlıqlarını başa vurublar.
Newsport.az xəbər verir ki, həftənin əvvəlindən paytaxtda hazırlıq keçən “sarı-göylər” oyun öncəsi son məşqlərinə Gəncədə çıxacaqlar. Sabah Nizami yurduna gələcək komanda Gəncə stadionunda son məşqlərinə başlayacaqlar.
Hazırlıq prosesi saat 16:00-a təyin olunub. Məşq mətbuat və azarkeşlər üçün açıq olacaq.
Qeyd edək ki, sözügedən matç noyabrın 5-i, saat 17:00-da başlayacaq.