"Hamını salamlayıram. İcraiyyə Komitəsinin iclası başa çatdı. Yekdil qərarla baş məşqçi vəzifəsinə Qurban Qurbanov təyin edildi. Onu təbrik edirəm və uğurlar arzulayıram".
Newsport.az-ın məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev AFFA İcraiyyə Komitəsinin bugünkü iclasından sonra keçirilən brifinqdə deyib. Daha sonra R.Abdullayev jurnalistlərin suallarını cavablandırıb.
- Qurban Qurbanovun İcraiyyə Komitəsinə üzvlüyü qalacaq?
-Bəli, qalacaq.
- Tahir Gözəl demişdi ki, Qurban Qurbanovu miliyə bir şərtlə buraxarıq. "Qarabağ"da da işləyəcək.
- Qurban Qurbanov "Qarabağ"da qalacaq. Baza "Qarabağ" olacaq. Premyer Liqanın bütün klubları ilə işləyəcək. Bu, onun xeyirinə olacaq.
- Müqavilənin müddəti nə vaxta qədərdi?
- Qurban Qurbanov ən azı 6 il millidə qalacaq. Sistem qurulmalıdır. Bütün oyunçuların hazırlıq sistemi mərkəzdən idarə olunmalıdır.