"Qarabağ"ın sayılmayan qolu "NTVSPOR"un manşetində

Avropa Liqasının qrup mərhələsinin son turunun "İnter"lə oyununda "Qarabağ"ın təmiz qolunu saymayan Miroslav Zelinkanın qərəzli qərarı Türkiyə mətbuatında da müzakirə olunub.

Newsport.az-ın məlumatına görə , "NTVSPOR.NET" syatının "Hakimdən qalmaqallı səhv" başlığı ilə manşetinə daşıdığı xəbərdə Ağdam klubuna qarşı edilən haqsızlıq əksini tapıb:

"UEFA Avropa Liqasında "Qarabağ"ın növbəti turu göz görə-görə getdi. Ağdam klubunun təmiz qolu hakim tərəfindən ləğv olundu. Qələbə qazanacağı təqdirdə növbəti mərhələyə yüksələcək "Qarabağ"ın "İnter"lə oyununda Miroslav Zelinka kobud səhvə yol verdi. Azərbaycan təmsilçisinin heyətində Almeydanın 90+3-də vurduğu top rəqib müdafiəçiyə dəyib, qapıdan keçdi. "Qarabağ"lı futbolçular buna sevinərkən, Zelinka qolu saymadı. Belədə "Qarabağ" 6 xalla qrupda qaldı."Dnepr"isə 7 xalla növbəti mərhələyə yüksəldi".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right