Qurban Qurbanov bəzi futbolçuların performansından razı deyil

“Qarabağ” müstəqil Azərbaycan futbolunun ən layiqli təmsilçisidir. Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk komandamız olmaqla və güclü rəqiblərinə qarşı uğurlu çıxış etməklə bu ada layiq olduğunu sübut edir.

Amma bu o demək deyil ki, “Qarabağ”ın heç bir dərdi, problemi yoxdur. Məsələ burasındadır ki, baş məşqçi Qurban Qurbanov bəzi futbolçuların performansından razı deyil.

Newsport.az xəbər verir ki, bəzi məlumatlara  görə, 44 yaşlı çalışdırıcı qış fasiləsi zamanı heyətdə islahatlar aparacaq və ən azı 5 futbolçunu yola salacaq.

Qurban Qurbanov "Qarabağ”da heyətə düşməkdə çətinlik çəkən və indiki rəqabətə hazır olmayan oyunçuların başqa klublara icarəyə verilməsinə və ya birdəfəlik göndərilməsinə qarşı çıxmayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right