Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun 8 oyunundan sonra UEFA reytinqi açıqlanıb.
Newsport.az xəbər verir ki, səfərdə “Atletiko” ilə qollu heç-heçə (1:1) edən "Qarabağ"Azərbaycanın yeni rekord qırmasına səbəb olub."köhlən atlar" ölkəmizin aktivinə 0.250 xal gətirib. Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz 19.125-ə çatıb. Bu nəticə isə futbol tariximizin ən yüksək nəticəsidir. Lakin bu rekord da mövqeyimizin dəyişməsinə kömək etməyib. Azərbaycan Avropada 22-ci sırada qalıb.
Bundan başqa, ölkəmiz bir mövsüm ərzində yığdığı xalların sayında 2 il əvvəlki rekordunu təkrarlayıb. 2015/16 mövsümünü 4.375 xalla başa vuran Azərbaycan yenə eyni əmsala malikdir.
Bu mövsüm “Qarabağ” ölkəmizin hesabına 2.625, “İnter” 0.750, “Zirə” 0.625 və “Qəbələ” 0.375 xal qazandırıb.
Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan Rumıniyanın 19.850 xalı var