Söyüş söyən idmançını "Qarabağ"ın təyyarəsinə buraxmadılar

"Qarabağ"la birgə Çempionlar Liqasında "Atletiko" ilə oyun üçün Madridə yollanan idmançı Kamil Zeynallı İspaniyadan qayıdarkən Ağdam klubunun təyyarəsinə buraxılmayıb.

Newsport.az-ın məlumatına görə, bu gün vətənə qayıdan komandanın təyyarəsinə Kamilin girişi qadağan edilib. Rəhbərlik ona İspaniyaya gedərkən etdiyi mədəniyyətsiz hərəkətlərinə görə icazə verməyib. Klub rəsmiləri Zeynallıya Bakıya özünün qayıtmasını bildiriblər.

Xatırladaq ki, Kamil Zeynallı Çempionlar Liqasının qrup mərhələsində dünən qarşılaşan "Atletiko" və "Qarabağ" matçını (1:1) izləmək üçün klubun nümayəndə heyəti ilə birgə İspaniyaya yola düşmüşdü. O, təyyarədə olarkən "Instagram" vasitəsi ilə canlı yayıma qoşulmuş, "Məhəmməd Maqa" adlı "Instagram" istifadəçisinin ona qarşı xoşagəlməz şərhinə görə təyyarədə həmin şəxsin özünə və ailəsinə yüksək səslə söyüşlər səsləndirmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right