Millimiz elit-raundda

19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilir.

Newsport.az-ın məlumatına görə, bu gün millimiz 4-cü qrupun son matçına çıxıb. Komandamız turnirin ev sahibi Albaniya ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Bununla da turniri 4 xalla başa vuran yığmamız qrup ikincisi olub və elit-raunda yüksəlib.

Qeyd edək ki, hər qrupda ilk iki yeri tutan komandalar, həmçinin üçüncülər arasında daha yaxşı göstəriciyə malik 4 yığma elit-raunda yüksəlir.
 
 31 oktyabr

Albaniya - Azərbaycan - 0:0
Baş hakim: Tanya Raçiç (Bosniya və Herseqovina)
Durres. Niko Dovana stadionu

Ukrayna - İspaniya - 0:4


 

1

İspaniya

3

3

0

0

18-0

9

2

Azərbaycan

3

1

1

1

2-6

4

3

Ukrayna

3

1

0

2

5-6

3

4

Albaniya

3

0

1

2

0-13

1

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right