Robert Prosineçki "Bu şayiələrdən artıq bezmişəm" Açıqlama

Milli komandamızın baş məşqçi postundan ayrılan Robert Prosineçki açıqlama verib.

Newsport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis təkliflərdən və gələcək planları haqda danışıb: "Zaqreb və Belqrad klublarında istefa baş verən kimi mənim adım hallanır. Bu şayiələrdən artıq bezmişəm. Yığmalarla da adım çəkilir. Mətbuata da təşəkkür edirəm ki, məni ön plana çəkir. Amma milli komanda çalışdırmaq niyyətim yoxdur. Avropanın bəzi klublarında işləmək istəyirəm".

Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə millimizi çalışdırıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right