Rahid Əmirquliyev qışda klubunu dəyişə bilər

Azərbaycan milli komandasının yeni kapitanı Rahid Əmirquliyev qışda klubunu dəyişə bilər.

Newsport.az saytının məlumatına görə, hazırda “Qarabağ”da çıxış edən Rahid  adəti üzrə əvəzlənmədən oynamaq imkanına malik deyil.

Belə ki, baş məşqçi Qurban Qurbanov onu mütəmadi olaraq  meydançaya buraxmır. Bizdə olan məlumata görə, Rahid “Qarabağ”da xoşbəxt olsa da, daha çox oynamaq istədiyi kluba keçməkdə maraqlıdır. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Əmirquliyevin qışdan etibarən “Qəbələ”də oynamaq ehtimalı olduqca yüksəkdir. “Qəbələ” tərəfi millinin kapitanını sıralarına cəlb etməkdə istəklidir. 

Qeyd edək ki, “Qəbələ” Rahid Əmirquliyevin xidmətindən “Xəzər Lənkəran”dan gedərkən də maraqlı idi. Sadəcə, Əmirquliyev həmin vaxt “Qarabağ”a keçməyi üstün tutdu.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right