Azərbaycan Premyer Liqasının 17-ci turunda keçiriləcək “Xəzər Lənkəran” - “Qarabağ” matçının yeri müəyyənləşib.
Newsport.az-ın xəbərinə görə, bu haqda Futbolxeber.az saytına Lənkəran klubunun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib. Klub rəsmisi bildirib ki, son 2 ev oyununu paytaxtda keçirən Lənkəran təmsilçisi bu dəfə doğma azarkeşləri önündə meydana çıxacaq. Hazırda Lənkəran stadionunun qazonu ideal vəziyyətdədir.
Qeyd edək ki, “Xəzər Lənkəran” - “Qarabağ” matçı dekabrın 18-də keçiriləcək.