Premyer Liqanın 10-cu turunda “Keşlə” ilə səfər oyununda zədələnərək əvəzlənən "Kəpəz"in futbolçusu Kərim Diniyevin vəziyyətinə aydınlıq gəlib.
Newsport.az klubun saytına istinadən xəbər verir ki, MRT müayinəsindən keçən yarımmüdafiəçinin zədəsinin ciddi olduğu müəyyənləşib. O, təxminən 20-25 gün məşq edə bilməyəcək. Diniyevin sağ dizi burxulub. Bundan əlavə menisküsda ikinci dərəcəli degenerasiya və ön çarpaz bağda birinci dərəcəli gərilmə olduğu bildirilib.