Rəşad Əzizli Premyer Liqada rekord qırdı

“Neftçi”nin qapıçısı Rəşad Əzızlinin quru seriyası qırılıb.

Newsport.az xəbər verir ki, ardıcıl 3 oyun qol buraxmamaqla mövsümün rekorduna imza atan qolkiper X turun “Sumqayıt”la matçında rəqibin fərqlənməsinə üzülüb. O, komandasının 2:1 hesabı ilə qalib gəldiyi görüşün 38-ci dəqiqəsində Tural Axundovun penalti zərbəsini dəf edə bilməyib.

Bunadək isə Rəşad “İnter” (2:0), “Səbail” (4:0) və “Kəpəz”lə (1:0) matçlarda qapısını toxunulmaz saxlamışdı. Son qolunu VI turun “Qəbələ” ilə matçının 40-cı dəqiqəsində Baqali Dabodan buraxan Əzizli 357 dəqiqədən sonra topu qapısında görüb.

Qeyd edək ki, bu seriya həm quru oyunların sayında, həm də dəqiqə baxımından mövsümün rekordudur.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right