Məmmədov rəsmi müqaviləyə qol çəkdi, köməkçilərini müəyyənləşdirdi

Azərbaycan futbolunun tanınmış nümayəndələrindən olan Aqil Məmmədovun yeni iş yeri rəsmən müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, son olaraq “Mil Muğan”da çalışmış Məmmədov bundan sonra MOİK klubuna rəhbərlik edəcək.

Veteran yarımmüdafiəçi klubun təklif etdiyi 3 illik müqaviləyə razı olmayıb və sadəcə 1 illik sözləşməyə qol çəkib.  Çalışdırıcının qarşısına məqsəd kimi  ordunun yaradılmasının 100 illiyi ilə əlaqədar olaraq çempionluğu bayram etmək qoyulub.

Məmmədov MOİK-də birgə çalışacağı məşqçi korpusunu da müəyyənləşdirib. Ona “Qarabağ”ın sabiq futbolçusu, AZAL və “İnter”dəki işindən tanıdığımız Vadar Nuriyevlə yanaşı “Mil Muğan”da birgə çalışdığı qapıçı məşqçisi Seymur Bəydəmirov da yardım edəcək.  

Qeyd edək ki, Aqil Məmmədov komanda ilə ilk məşqinə dünən çıxarıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right