Newsport.az-ın məlumatına görə, son vaxtlar sərgilədiyi oyunla diqqət mərkəzində olan Təmkin Xəlilzadənin ifasında millinin bu problemdən qurtulmaq ehtimalını söyləyə bilərik. “Zirə”nin əsas futbolçularından olan Təmkinlə bir başqa sual da gündəmdədir. Məlumata görə, “Qarabağ” sabiq futbolçusunu geri qaytarmaq niyyətindədir. Belə ki, baş məşqçi Qurban Qurbanov Təmkini artıq karyerasının son çağlarını yaşayan Ansi Aqollinin layiqli əvəzləyicisi qismində görür. Dəqiqləşdirməmizə görə, Təmkin “Qarabağ”a dönəcək. Amma bu keçid qış fasiləsi zamanı deyil, növbəti mövsümün əvvəlində baş tutacaq