"Kəpəz"in 17 ildə ilk qələbəsi

“Kəpəz” ilkə imza atıb. Bu, Azərbaycan Premyer Liqasının X turuna təsadüf edib.

Newsport.az-ın məlumatına görə, “Keşlə” ilə səfər matçında 2:0 hesabı ilə qalib gələn Gəncə təmsilçisi tarixində ilk dəfə bu rəqibin meydanında 3 xal qazanıb.

1999/2000 mövsümündən güclülər dəstəsində çıxış edən paytaxt klubu əvvəlki 14 ev oyununda gəncəlilərə uduzmamışdı. 2004-cü ilədək “Xəzər Universiteti” sonrakı 13 ildə “İnter” adlanan Bakı klubu ilə əvvəlki 14 səfər görüşündə “Kəpəz” cəmi 2 xal qazanmışdı. 12 dəfə uduzan qərblilər 15-ci cəhddən sindromu qıra bilib.

10.05.2000  Xəzər Universiteti (Bakı) - Kəpəz (Gəncə)  3:1

08.03.2001  Xəzər Universiteti (Bakı) - Kəpəz (Gəncə)  3:0

17.03.2002  Xəzər Universiteti (Bakı) - Kəpəz (Gəncə)  2:0

05.07.2003  Xəzər Universiteti (Bakı) - Kəpəz (Gəncə)  8:0

25.04.2005  İnter (Bakı) - Gəncə  2:0

29.03.2006  İnter (Bakı) - Gəncə  5:0

23.12.2010  İnter (Bakı) - Gəncə  1:0

24.09.2011  İnter (Bakı) - Kəpəz (Gəncə)  0:0

30.10.2012  İnter (Bakı) - Kəpəz (Gəncə)  3:1

25.09.2015  İnter (Bakı) - Kəpəz (Gəncə)  1:0

19.02.2016  İnter (Bakı) - Kəpəz (Gəncə)  1:0

19.08.2016  İnter (Bakı) - Kəpəz (Gəncə)  2:2

28.01.2017  İnter (Bakı) - Kəpəz (Gəncə)  4:1

09.09.2017  İnter (Bakı) - Kəpəz (Gəncə)  3:2

28.10.2017  Keşlə (Bakı) - Kəpəz (Gəncə)  0:2





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right