"Tərlan Əhmədov istədiklərini edə bilsə..." - Ramin Musayev

Azərbaycan Premyer Liqasının 10-cu turunda "Neftçi" "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib.

Newsport.az-ın məlumatına görə, oyundan sonra PFL-iin prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavablandırıb. Qrum rəsmisi ilk olaraq oyunla bağlı fikirlərini bölüşüb:

- Çox razı qaldım. Maraqlı oyun oldu. Mövsümün ən maraqlı görüşlərindən biri idi. 

- "Neftçi" ardıcıl dördüncü qələbəsini qazandı. Sizin dövrünüzdəki "Neftçi"yə oxşayır?

- Təbrik edirəm. Hələ oxşarlıq yoxdur.

- Nə qədər vaxt lazımdır?

- 3 mövsümə Tərlan Əhmədov istədiklərini edə bilsə, alınacaq.

- "Neftçi" mövsümü neçənci pillədə tamamlaya bilər?

- Hər şey qışda ediləcək transferlərdən aslıdır. İndi bu haqda danışmaq tezdir.

- Bu turda kobud hakim səhvləri qeydə alındı...

- Oyun var ki, səhv də var. Güclü komandalara qarşı qərəz olsa da, olar. Əsas odur ki, zəiflərə qarşı olmasın (gülür). O epziodlara baxmaq lazımdır. Fikirlər haçalanır. Oyunda hər şey baş verir.

- "Qarabağ"ın "Atletiko" oyunu haqda düşüncəniz necədir?

- Məncə, "Qarabağ" yaxşı oyunla azarkeşlərini sevindirəcək. Buna inanıram. Hər şey baş verə bilər.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right