Azərbaycan Premyer Liqasının 10-cu turunda qarşılaşan “Neftçi” və “Sumqayıt” komandalarının oyunu son dərəcə gərgin mübarizə şəritində keçib. Son olaraq isə üzü gülən tərəf “Neftçi” futbolçuları olub 2-1.
Newsport.az-ın məlumatına görə, oyundan sonra jurnalistlərə müsahibə verən “Neftçi”nin yarımmüdafiyəçisi Mirabdulla Abbasov media nümayəndələri ilə oyun haqda fikirlərini bölüşüb.
- Qələbə qazandınız təbrik edirik, sıradan sual olsa da, oyun haqda nə deyə bilərsiz?
- Çox sağolun, komanda artıq çox yaxşı oyun göstərir dördüncü pillədəyik artıq, bu çox yaxşıdı klub üçün həm də ruh yüksəkliyidi.
- Oyundan qabağ start heyyətində olmağın sənin üçün gözlənilməz deyildi? çünki leqioner futbolçular var idi
- Yox məşqlərdən bilinirdi təxminən oyuna çıxacaqım, onun üçün də surpriz olmadı.
- Bu gün qol vurdun və həmin qol səni çox sevindirdi, hər hansı bir motivasiya vardımı?
- Yox hər hansı bir motivasiya deyən də “Neftçi”də oynayıramsa əlimdən gələni edirəm klub üçün. “Sumqayıt”a gəldik də isə bu klub mənim üçün heç də yad komanda deyil, demək olar ki, böuük futbola ilk addımlarımı bu klubda atmışam o nöqteyi nəzərdən əlavə motivasiya yoxdu.
- Əvəzlənməyin sənin üçün gözlənilməz olmadı? çünki mübarizə aparırdın meydanda
- Məşqçinin fikridi və mən buna hörmət edirəm.
- Oyunun sonun da qələbə topunu vurdunuz, həmin dəqiqəyə qədər fikirləşmirdiniz ki, “Neftçi”nin qələbə seriyası başa çatacaq?
- Oyun ərzində çox qol imkanlarımız oldu vı bu imkanlardan yaralanmadıq da, fikirləşirdim bərabərə bitəcək oyun, ancaq şükürlər olsun ki, qələbə qazana bildik.
- Qarşıdaki oyun “Zirə” ilə olacaq, nə düşünürsən “Neftçi”nin əsil gücünü bu oyun da göstərmək mümkün olacaqmı?
- “Neftçi” mənim fikrimcə hər bir komanda ilə oynuyacaq gücdə olan klubdu və biz çıxıb əlimizdən gələni edəcəyik ki, bu uğurlu seriyanı davam etdirək.
- Seriyanı yaxalamışkən, çempionluq mübarizəsinə qoşulmaq real görünürmü sizə?
- Real görünür əlbətdə ki, xal fərqi elə də çox deyil, gözlənilməz nəticələr olur çempionatda, .həyatda hər şey mümkündü