Azərbaycan Premyer Liqasının 10-cu turunda “flaqman” “Neftçi” öz meydanında “Sumqayıt”ı qəbul edib. Sonda qələbə qazanaraq azərkeşlərini sevindirməyi bacarıb.
Newsport.az-ın məlumatına görə, “ağ qaralar”ın futbolçusu İqnasio Herrera oyundan sonra jurnalistlərlə matç haqda fikirlərini bölüşüb.
- Oyun haqda nə deyə bilərsiz?
- Birincisi komandamla gürur duyuram, azərkeşlər də bu gün çox möhtəçəm idi, futbolçular da çox yaxşı oynadılar və xüsusiylə mən Rəhmana təşəkkür edirəm o, mənim səhvimi sığortaladı və həlledici qolu vurmağı bacardı.
- Məşqlərdə Rəhmanı görürsüz topa yaxınlaşanda bir anlıq hiss etdinizmi qol ola bilər?
- Əlbətdə Rəhmanın çox yaxşı zərbələri var o, cərimə zərbələrinin ustasıdı, bunu məşqlərdə də göstərir, oyunlarda da göstərir mən də bir anlıq fikirləşdim ki, Rəhman vuracaq və qol olacaq.
- Elxan Abdullayevin vaxtında da kulubda idiz, bu gün azərkeş dəstəyidə çox idi, ozünüz hiss edirsinizmi ki, artıq Tərlan Əhmədovun gəlişi komanda da inam yaradıb ?
- Mən heç kimin dalınca danışmaq istəmirəm,ancaq onu deyə bilərəm ki, Tərlan Əhmədov bizdən tələb edir və biz bu oyunu göstəririk. O ki, qaldı Elxan Abdullayevə məb heç kimin dalınca pis danışmaq istımirəm, bəlkə bu bizim də səhvimiz idi ki, komanda zəif çıxış edirdi.
- Növbəti tur sizi çətin “Zirə” oyunu gözləyir, bu haqda nə deyə bilərsiz?
- Mənim fikrimcə çox çətin bir oyun olacaq, amma siz bu gün bizi meydanda gördüz, mənim fikrimcə biz bu gün çox güclüyük, güclü xarakterimiz var və yaxşı formadayıq. Mən deyə bilərəm ki, inşallah biz qələbə gözləyirik.
- Statistika elədə önəmli deyil, lakin “Zirə” üzərində hələ ki, qələbə yoxdu bu sizi narahat edirmi ?
- Təbii ki, sitatistika hər şeyi həll etmir futbolda , yenə deyirəm çətin olacaq, ancaq biz qələbə qazanmağa çalışacağıq.Çox yaxşı haldı ki, biz bu anda formanı yığa bildik, çünki hələ də heçnə bitməyib biz sona qədər mübarizə aparacayıq və hər bir oyun da qələbə qazana bilərik.
- Tərlan müəllim özü də bir neçə dəfə komanda da qruplaşma məsələsinin hələ tam həll olunmadığını vurqulayıb və belə bir deyim var braziliyalı futbolçular haqda komanda da biri azdı, iksi çoxdu, üçü faciədi bəs cənubi amerikalılar haqda bunu demək olarmı?
- Mən öz adımdan deyə bilərəm mən heç bir quruplaşmanın üzvü olmamışam və olmayacam da, çünki mənim yerli futbolçularla da yaxşı münasibətlərim var.