"Neftçi" ardıcıl dördüncü qələbəsini qazanıb

Azərbaycan Premyer Liqasının 10-cu turunda “flaqman” “Neftçi” öz meydanında Sumqayıtın eyni adlı klubunu qəbul edib.

Newsport.az xəbər verir ki,  “ağ qaralar” uğurlu qedən  seriyanı bu dəfə də davam etdirməyi bacarıb, belə ki, oyunun ilk hissəsi maraqlı başlayıb,  artıq oyun başlar- başlamaz hücuma atılan “Neftçi” futbolçuları oyunun 3-cü dqəqiqəsində Mirabdulla Abbasovla hesabı açaraq, qonağları qolla qarşılayıb, bu qoldan sonra “ağ qaralar”  müəyyən qədər rahatlaşıb, “Sumqayıt” futbolçuları yaranan vəziyyətdən istifadə edərək hesabı bərabərləşdirib. Ilk hissə bu hesabla baça çatıb.

Oyunun ikinci hissəsi də qarşılıqlı hücumlar şəraitində keçib lakin sonda daha istəkli olan “Neftçi” futbolçuları ardıcıl dördüncü qələbəsini qazanaraq turnir cədvəlində  4-cü pilləyə qalxmağı bacarıb. (2-1)

Qeyd edək ki, “Neftçi” bu qələbə sayəsində xallarının sayını 13-ə çatdıraraq “Sumqayıt”la xallarını bərabərləşdirib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right