Premyer Liqanın lideri “Mançhester City” klubu tarix yazıb.
Newsport.az xəbər verir ki, Pep Gvardiolanın komandası səfərdə “Whest Bromviçh” ilə oyun da 3-2 hesabı ilə qalib gələrək bir ilkə imza atmağı bacarıb.
Belə ki, 10 oyuna 9 qələbə və bir bərabərlik alan “şəhərlilər” liqa tarixində ən yaxşı başlanğıclarını ediblər. 10 matça 29 xal toplamağı bacaran “Mançhester City”nin bu nəticəsi də bir rekorddu. Premyer Liqa da ilk 10 oyuna heç bir klub 29 xal toplamağı bacarmayıb.
Qeyd edək ki, “City”nin Liqa da ən yaxın rəqibi Mançhester şəhərinin diqər klubu “Mançhester United” komandasıdır. “United” əzəli rəqibindən 5 xal geridədi. Komandalar arasında bu mövsüm ilk derbi dekabır ayında baş tutacaq.