Fariz Nəcəfov: " Hər uduzduğumuz oyuna və hakim səhvinə görə ruhdan düşə bilmərik" Müsahibə

Azərbaycan Premyer Liqasının 10-cu turunda "Qəbələ" səfərdə "Zirə"yə 1:2 hesabı ilə uduzub.

Newsport.az xəbər verir ki, oyundan sonra "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb.

- Oyunda baş verən hadisələrdən biridir. Normaldı. Azarkeşlərlə polislər arasında belə şeylər olur. Polislərlə danışdıq, azarkeşimizi də götürmüşdülər. Onu geri aldıq. Hər şey qaydasındadır.

- Verilməyən penaltiniz haqda nə söyləyə bilərsiniz?

- Mən danışsam, obyektiv olmayacaq. Buna qiyməti siz verməlisiniz. Təkrara baxmaq lazımdı. Məncə, o epizodda simulyasiya yox idi. Ancaq yenə də təkrara baxmaq gərəkdir.

- Ötən mövsüm Roman Qriqorçuk bəyan edirdi ki, hakimlər bizə qarşıdır. Sizcə, eyni ssenari başlayıb?

- Gözləmək lazımdır. Bir oyuna görə belə deməyək. Özümüzdə də günah axtarmalıyıq. İkinci hissə 10 nəfərlə sərgilədiyimiz oyunu, ilk hissədə oynamalı idik. Ancaq alınmadı. Burada bəhanə yoxdur. Bizdə səhv var. Hakimlərdə də səhv olur.

- Cavid Hüseynov qırmızı vərəqə alaraq komandanı çətin vəziyyətdə qoydu...

- Cavid o epziodda oyunçunu vurmaq istəmirdi. Fikrimcə, narazılığını bildirirərkən əli oyunçuya dəydi. Caviddən də soruşarsınız, məncə vurmaq niyyəti yox idi.

- Ona oxşar epizod ikinci hissə yaşandı. Lakin "Zirə"nin futbolçusu Təmkin Xəlilzadə qırmızı deyil, sarı vərəqə aldı...

- Niyə onlar vuranda sarı vərəqə alır, biz qırmızı? Eyni epzioda onların qapısında penalti olmur, amma bizdə olur. Maraqlıdı... Çox müəmmalıdır. Təkraralara baxmaq lazımdır. Fariz Yusifov təcrübəli hakimdir. Axır zamanlar bir neçə oyunumuza təyinat alıb və nöqsansız olub. Gərək, belə səhvlər olmasın.

- Komandanı toparlamaq necə olacaq?

- Hər uduzduğumuz oyuna və hakim səhvinə görə ruhdan düşə bilmərik. Bu matçı unudub növbəti oyuna hazırlaşmalıyıq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right