Newsport.az-ın məlumatına görə, oyundan sonra "Zirə"nin futbolçusu TƏmkin Xəlilzadə jurnalistlərə müsahibə verib.
- Çətin keçəcəyini bilirdik. Yaxşı hazırlaşmışdıq oyuna. Ötən "Sumqayıt"a yenilmişdik. Azarkeşlərimiz önündə qalib gəlmək istəyirdik. Şükürlər olsun ki, bunu bacardıq.
- Bu gün bir qədər aqressiv idin...
- Yəqin istəklə bağlıdır. Oyuna çox istəkli çıxmışdıq. Oyunun içində biz oluruq. Bəzən qol fürsətlərindən yararlanmaq olmur. Hesab da 2:1 idi. Sürüşkən hesab olduğu üçün gərginlik var idi. Məncə, bunu normal qarşılaşamaq lazımdır.
- Rəqib komanda hakimdən narazı idi. Bəs sən necə düşünürsən?
- Rəqib haqda danışmaq istəmirəm. Məncə, hakim matçı pis idarə etməyib.
- Son dəqiqələrdə sən rəqibi vurdun, amma meydandan qovulmadın. Lakin buna oxşar epizodda "Qəbələ"nin kapitanı Cavid Hüseynov qırmızı vərəqə aldı...
- Fikrimcə, Cavidlə mənim epizodumda fərq var idi. O, bilərəkdən vurdu. Lakin məndə fərqli oldu. Məncə, sarı vərəqə düzgün qərar idi.
- İkinci hissədə "Qəbələ" 10 nəfərlə sizi "sıxmışdı"...
- İkinci hissədə bizim də şanslarımız oldu. Rəqibin itirəcəyi heç nə yox idi. Vurduqları qol onları bir az da motivasiya etdi. Üstümüzə ikinci qol üçün gəldilər. Müdafiəyə çəkildik və əks-hücumlarda oynadıq. Hesab başqa cür də ola bilərdi.
- Robert Prosineçkinin millidən gedişi ilə bağlı fikrin necədir?
- Millimiz üçün can qoymaq şərəfdir. Bu elə bir sualdır ki, mənim buna cavab verməyim düzgün olmaz.