Nizami Hacıyev: "Mən deyərdim ki, artıq güc yoxdu oynamağa" Müsahibə

Azərbaycan Premyer Liqasının 10-cu turunda bu gün  “Keşlə”  öz meydanında Gəncənin “Kəpəz” klubunu qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyun da son olaraq gülən tərəf qonaqlar olub 0-1.

Oyundan sonra Newsport.az-a müsahibə verən “Keşlə” klubunun hücumçusu Nizami Hacıyev matçla bağlı fikirlərini bölüşüb.

- Oyuna “Keşlə” adı ilə çıxdız və bu adla ilk məğlubiyyəti aldınız, adın hər hansı bir fərqi var idimi məglub olmağınızda?

- Yox adın heç bir fərqi yox idi, istəyirdik yaxşı nəticə əldə edək, lakin alınmadı. “Kəpəz”bu gün həqiqətən  çox  yaxşı oynadı. Əfsuslar olsun ki, yaratdığımız qol imkanlarından  istifadə edə bilmədik, mən deyərdim ki, artıq güc yoxdu oynamağa  birdə ki, zədədən yenicə çıxmışdım və əlimdən gələni etdim. Həyatda hər şey pul demək deyil, sağolsun rəhbərlik əlindən gələni edir.

- Bəlkə münasibətlər də problem var ?

- Yox münasibət pis deyil, ancaq bundan yaxşı da ola bilərdi, bu haqda çox danışmaq istəmirəm.

- Nə sizi tam razı salmır?

-Bilirsiz əvvəl heç nəyi fikirləşmirdim, sağıma-soluma baxmırdım, lakin bu gün ailəmi fikirləşib nəyisə yaxşılıqa doğru dəyişmək istəyirəm. Komanda uşaqlar əlindən gələni edir, amma oyun alınmır oyun sistemimiz pis deyil, ancaq son nöqtəni qoya bilmirik, bu hamımızın səhvidi baş məşqçidən tutmuş, hər bir futbolçuya kimi.

- Çıxış yolunu nədə görürsüz?

- Çıxış yolunu qələbədə, bir çıxış yolu varsa o da qələbədi. Bu günləri “Keşlə” laiq olmadığı yerdədi. Futbolçu psixaloqiyasından da çox şey aslıdı, futbolçularda bir az psixoloji problemlər və narahatçılıqlar var, inşallah qaydasına düşər. Bu oyundan sonra “Sumqayıt”la oyunumuz var,  əlbətdə çətin oyundu bizi çox çətin sınaq gözləyir.

- Nizamı belə davam etsə səni çox güman ki,qış fasiləsindən sonra  “Keşlə”də yox, “Neftçi”də görəcəyik

- Hal hazır da dəqiq olaraq heç bir şey yoxdu , düzdü danışıqlar gedir, ancaq yüz faizlik ortada heçnə yoxdu, olsa ilk oncə özüm sizə xəbər  edəcəm. Bu gün danışmaq istəmirəm.

- Danışmağa söz yoxdu ya rəhbərlikdən belə təlimat almısız ?

- Yox rəhbərlik mənə heçnə deməyib, sadəcə mən bu günləri iki addım öncəni fikirləşirəm, əvvəl onu fikirləşmirdim. Bu klub mənim üçün çox şey deməkdi.

- Əvvəl demək olardı ki, “İnter” üçün illərimi vermişəm,ancaq hal hazır da klubun yeni adı  “Keşlə”di, yəni bu getməyə bəhanə ola bilərmi?

- Belə deyim, mənim bu komanda da qalmağımda müəyyən insanlar var ki, səbəbkardı və mən onlara görə qalmışam.Bildiyiniz kimi “Neftçi” ilə artıq hər şey hazır idi,lakin mən klub rəhbərliyinə söz verdiyim üçün sözümü tutmağa üstünlük verdim.Gələcəkdə nə olacaqını zaman göstərəcək, ancaq bu gün ilk dövrənin qutarmağına dörd tur qalıb və mən əlimdən gələni edib komandanı dörd tur layiqincə təmsil etməliyəm.

- Prosineçki ilə mübarizə də dırnaq arası da olsa Nizami Hacıyev qalib gəldi və Prosineçki millidən getdi bu haqda nə deyə bilərsiz?

- Fərqi yoxdu Prosineçki gedəcək və başqa biri gələcək yenə köhnə hamam köhnə tas olacaq.

-Niyə inanmırsız yeni gələn də sizi dəvət edər?

-Bilirsiz hər dəfə eyni şey olur eyni heyyət, eyni insanlar,ancaq kimin gələcəyindən aslı olmayaraq mən milliyə düşmək üçün əlimdən gələni edəcəm.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right