“Qarabağ”ın iki futbolçusunun “Atletiko”ya qarşı oynamayacağı dəqiqləşdi

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubunun zədəliləri sıraya dönməyə başlayıb.

Newsport.az-ın məlumatına görə, 5 zədəli futbolçudan üçü artıq yaşıl meydançalara dönüblər. Bunlar “Səbail”ə qarşı oynayan, ümumilikdə iyirmiüçlüyə salınan Ağabala Ramazanov, Maksim Medvedev və Coşqun Diniyevdir. Həmin oyunçular Çempionlar Liqasının “Atletiko” ilə matçına da hazırdılarlar. Amma ayın son günü Madriddə keçiriləcək matçda “Qarabağ”ın iki futbolçusunun meydançada olmayacağı dəqiqdir.  Bizdə olan məlumata görə, əməliyyat olunan Bədavi Hüseynovla yeni transfer Tarik El Yunussinin “Atletiko” ilə səfər matçında meydançaya çıxmaq şansları yoxdur.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən oyun 0-0 hesabı ilə başa çatıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right