"Xəzər Lənkəran"da maaş problemi yoxdu!

"Xəzər Lənkəran"da futbolçuların maaşlarının verilməməsi ilə bağlı yayılan xəbərlər klubu ayağa qaldırıb.

Newsport.az-ın məlumatına görə, Cənub təmsilçisi yayılan iddiaları əsassız sayır.

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu idman mətbuatını diqqətli olmağa çağırıb:

"Bəzi KİV -də komandamızda sanki mənfi aura yaranıb imici formalaşdırılmağa çalışılır. Bu da bizim haqlı narazıçılığımıza səbəb olur. Biz klub olaraq bütün KİV-dən son dərəcədə diqqətli olmağı, qələmə alınan yazıların dəqiqliyinə fikir verməyi xahiş edirik. Qeyd edilir ki, guya 3 futbolçudan başqa heç kimin maaşı ödənilməyib. Xəzər Lənkəran həvəskar komanda deyil ki, belə qeyri - peşəkarlığa yol verə. Bildirmək istəyirik ki, klubda bütün futbolçuların maaşları dekabrın 6-da ödənilib və heç bir futbolçuya klubun borcu yoxdur."

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right