"Kəpəz" qalib gəldi, "Qəbələ" uduzdu Yenilənib

Azərbaycan Premyer Liqasında X tur davam edir.
 
Newsport.az-ın məlumatına görə, ikinci oyun günüdə iki matç baş tutacaq.
 
İlk görüş "İnter Arena”da olacaq. Burada "İnter” "Keşlə” adı altında "siftə edəcək”. Rəqib isə sonuncu pillədə qərarlaşan "Kəpəz”dir. Zaur Svandadzenin rəhbərlik etdiyi kollektiv birinci dövrədə Gəncə təmsilçisini 3:2 hesabı ilə məğlub edib və bu qarşılaşmanın da favoriti hesab edilir. Hazırda 8 xalla 7-ci sırada yer alan "İnter” çempionat matçlarının balansında da rəqibindən üstündür. Bakılılar əvvəlki 27 oyundan 16-da qalib gəlib, 5-də uduzub. 
 
Günün paytaxtda keçiriləcək digər oyunu isə turun mərkəzi qarşılaşması hesab olunur. Burada “Zirə” “Qəbələ”ni qəbul edəcək. “Qəbələ”nin 19, “Zirə”nin isə 18 xalla müvafiq olaraq 2-ci, 3-cü pillələrdə qərarlaşması oyunun gərginliyini artırır. 

Qeyd edək ki, tura sabah keçiriləcək.”Nefçi”  - “Sumqayıt” oyunu ilə yekun vurulacaq
 
Azərbaycan Premyer Liqası
 
X tur

28 oktyabr (şənbə)
 
17:00. “Zirə” - “Qəbələ” - 2:1
Qol: 
Milan Duriç, 18-pen. Sadio Tounkara, 38
Qırmızı vərəqə: Cavid Heseynov, 43 ("Qəbələ")
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Əliyar Ağayev 
Zirə İdman Kompleksinin stadionu

15:00. "Keşlə" - “Kəpəz” - 0:2
Qollar
: Viktor Osoqeyl, 15, İlyas Səfərzadə, 64
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Elvin Əsgərov 
“İnter Arena”

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right