"Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov millimizdə baş məşqçi vəzifəsinə əsas namizədlərdən biri olmasına münasibət bildirib.
Newsport.az-ın məlumatına görə, o, Azərbaycan Premyer Liqanın 10-cu turunda "Səbail"lə oyundan sonra keçirilən mətbuat konfransında bununla bağlı deyib: "Qarşıda "Atletiko" ilə oyun var. İndi bu barədə danışa bilmərəm. Çünki indi deyəcəyim bir söz böyük rezonans yarada bilər. Bu isə komandaya da təsir edə bilər. Gəlin bu söhbəti "Atletiko" ilə oyundan sonraya saxlayaq. Həmin matçdan sonra vəziyyətə baxarıq. Lazım gəlsə, danışaram. Digər tərəfdən Prosineçki millidən yeni ayrılıb. Bu barədə danışmaq düzgün olmaz".
Q.Qurbanov bildirib ki, xorvatiyalı mütəxəssisin millimizdən gedişi onun üçün gözlənilməz olub: "AFFA rəhbərliyi qərar versin, ondan sonra mən də fikrimi bildirərəm".