Əfran İsmayılov: "kim deyir ki, çempionat zəifdi hər şey göz qabağındadı " Müsahibə

Azərbaycan Premyer liqasının 10-cu turunda “Səbail”i qonağ edən “Qarabağ” 1-0 qələbə qazanaraq liderliyini daha da möhkəmləndirməyi bacarıb.Newsport.az xəbər verir ki, oyundan sonra jurnalistlərə müsahibə verən Əfran İsmayılov matç haqda fikirlərini bölüşüb.

-Bu oyuna otəri yanaşırdız elə bil

- Yox heç bir ötəri yanaşmadan söhbət gedə bilməz, “Atletiko” ilə oyunu heç düşünmürdük fikrimiz “Səbail”lə oyuna yönəlmişdi. Gördüyünüz kimi necə ağır oyun keçdi, deyərdim ki, sıfır sıfıra gedirdi oyun son dəqiqələrdə vurduğumuz qol ilə qələbə qazandıq. “Səbail” çox istəkli və çox yaxşı komandadı baxmayaraq ki, təzə yaranıb, öz güclərini göstərirlər liderə qarşı və yaxud da başqa klublara qarşı. Çempionatımız maraqlıdı məncə kim deyir ki, çempionat zəifdi hər şey göz qabağındadı gördüyünüz kimi çox çətin və ağır oyun oldu.

 -Qoldan qabağ həmikarıma dedim ki, bu qoldu,çünki sənin xoşladığın nöqtə idi, bəs sən nə düşünürdün epizodla bağlı?

 - Doğurdan da mənim nöqtəm idi, çünki sağnan vururam bizdə futbolçuların əksəriyəti solaxaydı, Dani vurmaq istəyəndə mən ona dedim ki,ver mən vurum o da razılaşdı, mən də vurdum qol oldu, bunda qeyri adi bir şey yoxdu.

-Deyirsən ki, “Atletiko” ilə oyunu düşünmürük, düşünməmək olmaz məncə

- Düşünürük əslində elə ona görə də çempionatda oyunlarımız çətin keçir və fikrimiz ora da qalır, yenə deyirəm mən əsas olaraq “Səbail” ilə oyunu fikirləşirdim, şükürlər olsun ki, qələbə qazana bildik.

-Hakimin iadarəsi ilə bağlı nə deyə bilərsən

-Hakimlər haqda heç bir zaman danışmamışam, nə qərar verirlərsə qərarlarına hörmətlə yanaşıram, yəni hər yerdə hakim səhfi olur istər bura olsun istərsə avropada.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right