Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura start veriləcək.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə yalnız 1 qarşılaşma keçiriləcək. “Qarabağ” öz meydanında debütant “Səbail”i qəbul edəcək. İlk dövrədəki oyun təxirə salındığından bu, tərəflərin ölkə çempionatında ilk görüşü kimi tarixə düşəcək.
Qeyd edək ki, turun digər matçları şənbə və bazar günü keçiriləcək.
Azərbaycan Premyer Liqa
X tur
27 oktyabr
19:00. “Qarabağ” - “Səbail” - 1:0
Qol: Əfran İsmayılov, 90
Hakimlər: Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Rahil Ramazanov, Ziya Nəsirov
Qırmızı vərəqə: Ansi Aqolli, 43 ("Qarabağ", iki sarı vərəqə)
“Azersun Arena”