"Keşlə" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq

Topaz Premyer Liqasının X turunda öz meydanında "Kəpəz"i qəbul edəcək "Keşlə" klubu hazırlıqlarını davam etdirir. Newsport.az xəbər verir ki, komandanın baş məşqçisi Zaur Svanadzeni heyətlə bağlı problemlər narahat edir.

Belə ki, komandanın əsas futbolçusu Adrian Skarlatake və yarımmüdafiəçi Məmməd Quliyev zədədən əziyyət çəkirlər. Komanda ilə məşq edə bilməyən hər iki futbolçunun "Kəpəz"lə qarşılaşmada iştirak etməyəcəyi demək olar ki, dəqiqləşib.  

Qeyd edək ki, "Keşlə" - "Kəpəz" matçı oktyabrın 28-də keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right