Azərbaycan milli komandası və “Qəbələ”nin futbolçusu Ruslan Əmircanov Türkiyədə əməliyyat olunub.
29 yaşlı müdafiəçinin əməliyyatı İstanbul Xəstəxanalarının birində baş tutub. Travmotoloq-cərrah professor Ömer Taşer tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Əmircanovun 1 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.
Qeyd edək ki, Azərbaycan millisinin heyətində "Avro-2016"nın seçmə mərhələsinin İtaliya və Xorvatiya ilə oyunları öncəsi Almaniyada toplanış keçən zaman xəsarət alan Ruslan təxminən 2 aydır zədədən əziyyət çəkirdi. Menisk problemi ilə Türkiyəyə yollanan futbolçunun müayinəsi onun meniskində yırtığın olmasını, əməliyyatının zəruriliyini üzə çıxarmışdı.