Newsport.az-ın məlumatına görə, söhbət seneqallı mərkəz yarımmüdafiəçisi Ba Aladji Mansurdan gedir. Son olaraq Mərakeşin "Kenitra" klubunda çıxış edən 27 yaşlı futbolçu "sarı-göylər"lə mövsümün sonuna qədər sözləşmə imzalayacaq.
Bununla da, komandanın baş məşqçisi Şahin Diniyevin ixtiyarındakı legionerlərin sayı 4-də çatacaq. Gəncə klubunda Dedimar Fereyra, Dialo Samba, Viktor Oseqeyl kimi əcnəbi futbolçular çıxış edir.
Qeyd edək ki, 1.90 sm boya malik olan Mansur Mərakeş klubundan öncə 8 il ölkəsinin "Linquere" klubunda forma geyinib.
Futbol11.az