“Neftçi” PFK “Sumqayıt”la oyunun hazırlığını gündə iki məşqlə davam etdirir.
Newsport.az kluba istinadən xəbər verir ki, bugünkü ilk hazırlıq prosesi İsmət Qayıbov adına təlim-məşq bazasının meydanında olub.
Baş məşqçi Tərlan Əhmədov əvəzedici komandanın 18 yaşlı üzvləri – müdafiəçi Rəhman Daşdəmirov və yarımmüdafiəçi Xəyal Tomarov, həmçinin U-14 komandasının müdafiəçisi, 31.08.2004-cü il təvəllüdlü Bulud Həziyevi də bu məşqə cəlb edib.
Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” matçı oktyabrın 29-u saat 18:00-da başlayacaq.