"Qəbələ"nin zədəlilərinin son durumu

Zədəlilərin çoxluğundan əziyət çəkən “Qəbələ”nin üzvləri yavaş-yavaş sıraya dönməkdədi.

Newsport.az-ın məlumatına görə, əvvəlki turlarda sıradan çıxmış oyunçular artıq məşqlərə başlayıb.

Deyv Bultuis kollektivlə məşqlərdə iştirak edir. İlqar Qurbanov fərdi çalışırsa, komandanın aparıcı üzvlərindən olan Filip Ozobiç isə salonda məşq edir. 

Qeyd edək ki, “Qəbələ” Azərbaycan Premyer Liqasının növbəti – 10-cu turunda “Zirə”nin qonağı olacaq. Matç oktyabrın 28-də Zirə Olimpiya Kompleksində keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right