Əliyar Ağayevin I kateqoriyaya yüksəlmək ehtimalı artıb

Xəbər vermişdik ki, azərbaycanlı FIFA referisi Əliyar Ağayev gələn ay UEFA-dan növbəti təyinatı alacaq. O, U-21 milliləri arasında keçiriləcək AVRO-2019-un seçmə mərhələsində oyun idarə edəcək.

Newsport.az-ın məlumatına görə, bu, noyabrın 8-də keçiriləcək matçlardan biri olacaq. Artıq təyinatla bağlı bildiriş AFFA-ya daxil olub. Oyunun hansı olacağı isə matça bir neçə gün qalmış dəqiqləşəcək.

Ağayevlə bağlı daha bir informasiyanı dəqiqləşdirmişik. Avropa Liqasında "Vardar" - "Real Sosyedad" (0:6) oyununu idarə edən referinin qiyməti rəsmiləşib. Onun idarəçiliyi 8.4 balla qiymətləndirilib. Bununla bağlı məlumat da artıq AFFA-ya daxil olub.

Hadisələrin bu cür gedişatı isə Əliyar Ağayevin I kateqoriyaya yüksəlmə ehtimalını artdığını göstərir. Keçən il də buna yaxın olan hakimin bu dəfə I kateqoriyaya keçidi real görünür. Bunu onun idarəçiliyinə verilən ballar və UEFA-dan ardıcıl təyinat alması da sübut edir. Əgər Ağayev I kateqoriyaya yüksəlsə, Çempionlar Liqasının qrup oyunlarını idarə edə biləcək.

FutbolPress





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right