Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqanın 10-cu turunda keçiriləcək “Kəpəz” – “İnter” oyunun yerinin dəyişdirlməsini rəsmən açıqlayıb.
Newsport.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, “İnter” ev oyunlarını keçirdiyi stadionda klubun yeni adının təqdimat mərasimini keçirmək istəyində olduğunu və bununla əlaqədar olaraq “Kəpəz” – “İnter” görüşünün yerinin dəyişdirilməsini xahiş edib.
Yuxarıda göstərilənləri və “Kəpəz”in razılıq məktubunu nəzərə alan PFL matçın “İnter Arena” keçirilməsinə qərar verilib.
10-cu turda meydan sahibi “İnter” hər iki klubun iştirakı ilə 4-cü dövrənin matçında meydan sahibi kimi “Kəpəz” klubu təsdiq edilib.