"Qarabağ"ın futbolçusu Almaniyada əməliyyat olunacaq

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" klubunun aparıcı futbolçusu Bədavi Hüseynov əməliyyat olunacaq.

Newsport.az xəbər verir ki, millimizin müdafiəçisinin əməliyyatı ölkə xaricində reallaşacaq. 

Belə ki, Çempionlar Liqasının qrup mərhələsinin III turunda "Atletiko" ilə matçın (0:0) son dəqiqələrində zədə alan oyunçu Almaniyada yüngül əməliyyat keçirəcək. Onun yaxın 1-2 gün ərzində əməliyyat masası arxasında uzanacağı gözlənilir. 

Bizdə olan məlumata görə, Hüseynov əməliyyatdan sonra bir müddət istirahət etməli olacaq. Həkimlər onun təxminən 3 həftədən sonra fərdi məşqlətə başlayacağını məqsədəuyğun sayıblar.

Qeyd edək ki, Hüseynov bu gün Almaniyaya yola düşəcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right