Çempionlar Liqasında ölkəmizi təmsil edən "Qarabağ" komandasının bir qrup azarkeşləri Bakıdakı Fransa səfriliyinin qarşısında polis müdaxiləsi ilə rastlaşıb.
Newsport.az saytının xəbərinə görə, həmin azarkeşlər Fransa səfirliyinə əvvəlcədən "Atletiko" ilə oyuna getmək üçün viza müraciəti edib.
Səfirlikdən də azarkeşlərin bu istəyi müsbət cavablandırılıb. Hətta həmin azarkeşləri "Qarabağ" futbol klubu səfirliyə təqdim etmək üçün rəsmi məktub da verib. Amma azarkeşlər bu gün səfirliyə gəldiyi zaman sürprizlə qarşılaşıblar. Belə ki, onalr ümumiyyətlə səfirliyə buraxılmayıb. Azarkeşlərə bildirilib ki, onlara viza verilməyəcək. Bunu isə heç bir şeylə əlaqələndirməyiblər. Bundan qəzəblənən azarkeşlər səfirliyin qapı və pəncərələrinə yazılıb, yapışdırılmış elanları craraq, yerə atıb. Əraziyə polis çağrılıb, məsələ araşdırılır. Qeyd edək ki, bu azarkeşlər "Qarabağ"ı "Çelsi" ilə səfər oyununda da dəstəkləmişdi.