Qurban Qurbanov: "Çox istəyirəm ki, azarkeşlərimizi buradan üzgün yola salmayaq"

"Bizi çox vacib oyun gözləyir. İlin son oyunudu və ciddi hazırlaşmışıq. Çalışacağıq ki, ən yaxşı oyunumuzu göstərək. Çox istəyirəm ki, azarkeşlərimizi buradan üzgün yola salmayaq. Ancaq rəqibimiz də güclü komandadır".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. 

Ağdam klubunun çalışdırıcısı "İnter"lə sabah keçirəcəkləri matçla bağlı danışarkən daha sonra sözlərinə belə davam edib:

"İnter"in ikinci heyəti ilə Bakıya gəlməsi bizim üçün daha çətindir. Çünki onlar da əsas heyətdə özlərini göstərmək üçün sabah ən yaxşı oyunlarını sərgiləməyə çalışacaqlar".

Qurbanov daha sonra Bədavi Hüseynovun sabahkı matçda oynayıb-oynamayacağı haqda verilən sualı belə cavablandırıb:

"Reynaldo sabahkı oyunda oynamayacaq. Bədavi Hüseynov isə bugün məşq etdi komandayla birgə. Ancaq bu o demək deyil ki, o sabahkı matçda yüz faiz çıxış edəcək. Onun oynayıb-oynamayacağı ssbah bəlli olacaq".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right