Fariz Nəcəfov: "Oyuna çox ciddi hazırlaşmışdıq"

"Oyun haqda nəsə danışmağa ehtiyac yoxdu. Çünki hamı bilirdi ki, maraqlı və gərgin matç olacaq. Məğlub olsaydıq, demək olar ki, çempionluqdan xeyli aralanmış olurduq".

Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov deyib. 

"Qırmızı-qaralar" Azərbaycan Premyer Liqasının IX turunda öz meydanında çempionluq uğrunda əsas rəqibi olan "Qarabağ" üzərində minimal hesablı (1:0) qələbə qazanıb. Matçdan sonra Qəbələyə ezam olunan əməkdaşımızın suallarını cavablandıran klub rəsmisi fikirlərini bildirib. 

O, komandanın oyuna çox ciddi hazırlaşdığını dilə gətirib: "Oyuna çox ciddi hazırlaşmışdıq. Mənə elə gəlir ki, motivasiymız da çox yüksək idi. Qələbə qazanacağımızı gözləyirdim". 

- Fövqəladə Hallar naziri, klubun sahibi Kəmaləddin Heydərov oyunu izləyənlər arasında idi. Düşünmürsünüz, bu amil futbolçulara əlavə motivasiya vermişdi?

- Yox, futbolçuların bundan xəbəri yox idi. Ümumiyyətlə, belə məsələləri futbolçulara demirik. Çünki bunlar oyunçulara əks təsir edə bilər. 

- Cənab nazir oyunla balı nə dedi?

- Komandanı təbrik etdi. 

- "Qəbələ" bundan öncə yaşı oynayıb xal itirirdi. Hazırda isə komanda əks hücumlara üstünlük verir. Oyunçularln bundan sonra da belə oynayacağını düşünmək olar?

- "Sumqayıt"la oyunu bəyənməmişdim. Amma o oyunda qələbə bizim üçün çox vacib idi. Futbolçular və baş məşqçi ilə "Sumqayıt"la oyun barədə danışdım, onlar belə taktikaya üstünlük verdiklərini bildirdilər. Lakin bu günkü oyunumuzdan razı qaldım. Birinci hissədə yaxşı mübarizə getdi, ikinci hissədə isə hesabı qorumaa çalışdıq.  

- Bu qələbənin digərləri ilə müqayisədə fərqi yəqin ki, çoxdu. Bu, komandaya nə dərəcədə təsir göstərəcək?

- Çox güman ki, müsbət təsir göstərəcək. Biz əksər hallarda "Qarabağ"a yox, çox təəssüf ki, zəif komandalara məğlub oluruq. Bu barədə futbolçularla və məşqçilərlə çox söhbətimiz olub. İnanıram ki, bundan sonra daha yaxşı oynayacağıq.

Mərdan Həsənov





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right