Qalmaqallı oyunun cəzası bəlli oldu

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan birinci divizionunun son turunda baş verən hadisələr də diqqətdən kənarda qalmayıb. 

İK son turda yaşananlarla bağlı müvafiq qərarlar çıxarıb:

Azərbaycan I divizionun XIV turunun “Kəpəz” – “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Azərbaycan I divizionun XIV turunun “Şəmkir” – “Göyəzən” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimələnib.

Oyunun 29-cu dəqiqəsində “Göyəzən” klubunun 29 nömrəli futbolçusu Tunar Şaxtaxtinski kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, kluba 200 manat cəza kəsilib. 

Azərbaycan I divizionun XIV turunun “Qaradağ Lökbatan” – “Rəvan” matçında “Qaradağ Lökbatan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Oyunun 45-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 7 nömrəli futbolçusu Anar Həsənov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 200 manat cərimələnib.

Oyunun 84-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 3 nömrəli futbolçusu Aydın İslamov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, kluba 20 manat cərimə tətbiq edilib. 

Azərbaycan I divizionun XIV turunun “Ağsu” – “Lokomotiv” matçında “Lokomotiv” klubu meydançaya 7 futbolçu ilə çıxmışdır. Oyunun fasiləsi zamanı “Lokomotiv” klubunun futbolçusu zədələnmişdir. Bununla da, yetərsay təmin olunmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right