Azərbaycan Premyer Liqasının “Sumqayıt” – “Qəbələ” görüşündə zədə alaraq meydançanı vaxtından əvvəl tərk edən birincilərin gənc üzvü Vüqar Bəybalayevin durumu müəyyənləşib. Gənc oyunçu ən azından 4-5 gün yaşıl meydançalardan kənarda qalacaq.
Newsport.az-ın məlumatına görə, bu barədə Bəybalayevin özü məlumat verib:
“Çiynim əzilib. Zərbə anında elə bildim ki, çiynim sındı. Amma şükürlər olsun ki, əzilmə ilə qurtardım. 4, 5 gün məşq etməyəcəyim dəqiqdir. Növbəti turda oynayıb-oynamayacğım isə bəlli deyil”.
Qeyd edək ki, ötən tur “Qəbələ”yə məğlub olan “Sumqayıt” IX turda “Zirə”ni qəbul edəcək.