Təmkin Xəlilzadə meydanda olanın hədiyyəsini oyundan sonra verdi

Azərbaycan Premyer Liqasının 8-ci turu “Zirə” üçün xüsusən də son vaxtların ən çox gündəmdə olan oyunçularından biri Təmkin Xəlilzadə üçün uğurlu alındı. 

Newsport.az-ın məlumatına görə, milli komandaya da dəvət alan yarımmüdafiəçi dubl edərək qollarının sayını dördə çatdırmaqla yanaşı, komandasının qələbəsində böyük pay sahibi oldu.

Maraqlı məqam ondan ibarətdir ki, Təmkin hər 4 qolu məhz Davud Kəriminin qoruduğu qapıdan keçirib. Təmkin “Zirə” – “Kəpəz” oyununda başqa bir hərəkəti ilə də gündəmə gəlib. Belə ki, oyun vaxtı zədə alan futbolçuya meydançanın kənarına gəlməsi üçün fotoqraflardan biri yardımçı olub. Bizdə olan məlumata görə, oyundan sonra Təmkin həmin fotoqrafı tapıb və ona öz hədiyyəsini verməklə təşəkkür edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right